Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Afətdən Vəfaya: “Ona görə də pozğunluq baş alıb gedir”

Afətdən Vəfaya: “Ona görə də pozğunluq baş alıb gedir”

Tarix: 11 Dekabr 2023 11:30

Xəbər verdiyimiz kimi, müğənni Vəfa Şərifova iş adamı Famil Xəlilovdan ayrılıb. 

"Həmin Zaur" verilişində qonaq olan ifaçı aparıcı Zaur Kamalın suallarını cavablayıb. 

"Onsuz da nikahınız yox idi" - deyən Zaura müğənni "Nikah var idi, dini kəbinimiz var idi, ikisi də eyni şeydir də" cavabını verib. 

O, ayrılmağından peşman olmadığını da dilə gətirib:

"Belə gətirdi və belə oldu. Üç, dörd uşaqla da ayrılanlar var. Mən onun sevgisini, diqqətini sevirdim. Sevən bir insanın artıq sevmədiyini görmək qadın üçün ağırdır. Ona görə də qismət belə oldu". 

İfaçının rəsmi nikahla dini kəbinin eyni şey olduğunu deməsi isə sosial mediada birmənalı qarşılanmayıb. Bəzi sosial şəbəkə istifadəçiləri bu ifadələrinə görə V.Şərifovanı tənqid atəşinə tutub, onu savadsız adlandırıblar. 

Milli.Az xəbər verir ki. məsələ ilə bağlı Yenisabah.az-a danışan müğənni Afət Fərmanqızı bunun səbəbinin cahillik olduğunu bildirib:

"Bu cahilliyin son həddidir. Elmdən xəbəri olmamağın, kitab oxumamağın sonu budur. Cəmiyyətin də böyük əksəriyyəti belələrindən ibarətdir, ona görə də pozğunluq baş alıb gedir... Bir adam ki, dini kəbinlə rəsmi nikahın eyni şey olduğunu deyə, beləsinə nə deyəsən?!"

Qeyd edək ki, V.Şərifovanın Famil Xəlilovdan bir qız və bir oğul övladı var.

Verilişdən olan həmin kadrları təqdim edirik: 

Milli.Az


Etiketlər:  Afətdən Vəfaya görə pozğunluq baş alıb gedir


RƏYLƏR