Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2023 13:18
Azərbaycanın Zəngəzur dəhlizi layihəsini gündəmdən çıxarması və İrandan keçən dəhlizlə bağlı fəaliyyəti genişləndirməsi Ermənistanda narahatlıq yaradıb.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, Zəngəzur dəhlizi ilə bağlı Tehrandan aldığı dəstəklə yüksək iddialar səsləndirən və buna imkan verməyəcəyini deyən Ermənistan hakimiyyəti bu yol vasitəsilə dalan ölkə olmaqdan çıxmaq şansının qaçırılmasından əndişələnərək, "Sülh qovşağı" (Dünyanın kəsişməsi) adlı iddialı layihə təqdim edib.
Ermənistan müxalifəti isə Zəngəzur dəhlizinin aktuallığını itirməsini fərqli yönümdə izah etməyə çalışır. Ermənistan parlamentinin müxalif "Şərəfim var" fraksiyasından olan deputatı Tiqran Abramyan Azərbaycan və Türkiyənin artıq "dəhliz" terminindən istifadə etmədiyini xatırladıb və iddia edib ki, Zəngəzur dəhlizinin gündəmdən çıxarıldığı təəssüratı yaranır, buna baxmayaraq, türklər mövzunu həmişə prioritet saydığını düşünmək olar:
"Fərq odur ki, artıq kəskin ifadələr işlətmirlər. Bunun Ermənistan hökuməti ilə razılaşaraq Ermənistan daxilində ehtirasları alovlandırmaq üçün yox, yumşaq bir şəkildə dəhliz əldə etmək üçün edilib-edilmədiyini heç kim istisna edə bilməz.
İstənilən halda mövzu Türkiyə-Azərbaycan gündəmində hətta rəsmi səviyyədə də gizlədilməyən mühüm yer tutur".