Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eynalı dağında Azərbaycan bayrağı silindi

Eynalı dağında Azərbaycan bayrağı silindi

Tarix: 11 Dekabr 2023 16:18

Təbrizin Eynalı dağının qayalarına həkk edilən böyük ölçülü Azərbaycan bayrağının rəsmi silinib.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə SEPAH-a bağlı sosial media kanalları məlumat yayıb.

Məlumatda bunun "xalqın müraciətləri və tələbləri" əsasında bələdiyyə işçiləri tərəfindən həyata keçirildiyi iddia edilib.

Azərbaycan və azərbaycanlılara qarşı qərəzli mövqeyi ilə tanınan "Azəriha" saytı və ona məxsus Teleqram kanalı bu barədə paylaşdığı materialda Azərbaycan mediasını ittiham edib və guya İranda separatizmi dəstəkləyən təbliğat apardığını yazıb.

Qeyd edək ki, Azərbaycan mediası yalnız İran Teleqram kanalları və yerli mediasına istinadla material yayır.

Milli.Az


Etiketlər:  Eynalı dağında Azərbaycan bayrağı silindi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ