Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Yengə haqqında 10 səhifəlik elmi məqalə yazmışam, çox lazımlı işdir”

“Yengə haqqında 10 səhifəlik elmi məqalə yazmışam, çox lazımlı işdir”

Tarix: 11 Dekabr 2023 20:14

"Artıq toylarda bəylə gəlinin sağında-solunda oturan yoxdur. Əvvəllər ailə qurmuş gəncləri gəlinlə bəyin sağ yoldaşı, sol yoldaşı qoyurdular ki, müəyyən şeyləri onlara başa salsınlar. Çünki o vaxtlar bir az qapalılıq var idi, nə qızlar çox şey bilirdi, nə də oğlanlar. İndi hamısı anadangəlmə hər şeydən xəbərdardırlar".

Milli.Az Pravda-ya istinadla xəbər verir ki, bunu etnoqraf-tarixçi Təvəkkül Səlimov deyib.

O əlavə edib: "Rəhmətlik nənəm el yengəsi idi. Bir dəfə Elçin Əlibəylinin verilişində toy barədə danışanda "yengə" sözü işlətdim, aparıcıların üzlərində təbəssüm yarandı. Dərhal başa düşdüm. Mən söz adamıyam axı, bütün həyatım sözlə bağlıdır.

Verilişdə izahat verdim ki, "yengəlik eləmə" ifadəsi hazırda dilimizdə zarafatla işlənən ifadədir, halbuki "yengə" sözü çox mürəkkəb sözdür. Azərbaycan nikah-toy ənənəsində yengə qədər məsuliyyətli, səlahiyyətli başqa bir söz yoxdur.

Elçin Əlibəylinin verilişindən sonra yengə haqqında 10 səhifəlik elmi məqalə yazdım, bütün dünya ədəbiyyatından əlim çatan qədər sitatlar da gətirdim. Mənbələrlə göstərdim ki, yengə bütün xalqlarda var, sadəcə, müxtəlif xalqlarda adı başqadır, funksiyası isə eynidir. Yengə gəlinə bütün ev məsələləri ilə bağlı tövsiyələr verir, yol göstərir, bu, çox lazımlı işdir.

Heç bilmirəm bu gün gəlinlə bəy yengə ilə gedir, ya getmir. İndi gəlinlərin bəziləri ev yiyəsi ola bilmirlər. Qızlar da, oğlanlar da internetin burasından girib, orasından çıxırlar, nə olsun? Gəl gör ki, ailə məsələlərində naşılıq göstərirlər".

T.Səlimov bildirib ki, toy adətləri Bakının kəndlərində də qalmayıb: "Əvvəllər uşaqlar toylara getməzdilər. 12-14 yaşlı uşaqları toya qoymazdılar ki, ora sənin yerin deyil, böyüklərin yeridir. Çadır toyuna palazın arasından baxardıq. 2009-cu ildə "Azərbaycan toyu" adlı kitabım çıxıb. Ümumilikdə, toy adətləri barədə 40 kitabım var. Bu sahədə, bəlkə də, ən məhsuldar alim mənəm. Bəy el hamamına gedərdi, sağ-sol yoldaşı da yanında olardı. Başına dəmir pullar tökərdilər ki, bəy bu gündən yeni həyata başlayır. İndi bu adətlərin hamısı unudulub..."

Milli.Az


Etiketlər:  Yengə haqqında 10 səhifəlik elmi məqalə yazmışam çox lazımlı işdir


RƏYLƏR