Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Dekabr 2023 22:38
Çex Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Karel Rjeka Qərb ölkələri ilə Rusiya arasında müharibə ehtimalını istisna etməyib.
Sonxeber.net report-a istinadən xəbər verir ki, onun sözlərinə görə, Rusiya ilə gərginliyin artması fonunda münaqişə yarana bilər, baxmayaraq ki, heç kim onun artmasını istəmir:
"Hədə-qorxu ilə münaqişənin qarşısını almaq olar. Rusiya həqiqətən də görməlidir ki, bizim özümüzü müdafiə etmək qabiliyyətimiz və iradəmiz var. Söhbət hansısa bəyannamədən getmir. O, həqiqətən münaqişəyə girməyin mənasız olduğunu görməlidir".
O, Ukraynanı dəstəkləməyə çağırıb və bu ölkənin suverenliyi və ərazi bütövlüyü məsələsində Avropa İttifaqının birliyini vurğulayıb.