Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Dekabr 2023 07:12
Ürək-damar sisteminin yaxşı işi keyfiyyətli qidadan başlayır. Bəs rasiona hansı qidalar əlavə olunmalıdır ki, infarktdan qorunaq?
Sonxeber.net medicina.az-a istinadən xəbər verir ki, diyetoloq həkim Mixail Qinzburq əsasən damar tutan qidalardan uzaq durmağın vacibliyini vurğulayıb.
"Damarların xroniki xəstəlikləri infarkt və insultun əsas səbəbidir. Ürək-damar sisteminin ömrünü uzatmaq üçün 6 qrup qidaları qəbul etmək lazımdır:
- Balıq, balıq yağı - yağlı növ
- Zeytun yağı, günəbaxan yağı
- Paxlalılar, mərci
- Qatıq, kefir, yoqurt
- Tərəvəz, meyvə
- Soğan, sarımsaq, sarıkök, istiot.
Eləcə də ürəkdə sərbəst radikalları nar zərərsizləşdirir", - o bildirib.