Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Donald Tusk yenidən baş nazir seçilib

Donald Tusk yenidən baş nazir seçilib

Tarix: 12 Dekabr 2023 11:48

Polşa Seymi (parlamentin aşağı palatası) Donald Tusku ölkənin Baş naziri seçib. 

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 248 deputat Tuskun namizədliyinin lehinə, 201 deputat isə əleyhinə səs verib. 

Bildirilir ki, deputatlar dekabrın 11-i 2017-ci ildən ölkənin Baş naziri Mateuş Moravetskinin müvəqqəti hökumətinin işinin müddətini uzatmaqdan imtina ediblər. 

Qeyd edək ki, 66 yaşlı Donald Tusk "Vətəndaş koalisiyası" müxalif alyansının rəhbəridir. O, 2007-2014-cü illərdə Polşanın Baş naziri olub, 2014-2019-cu illərdə isə Avropa İttifaqı Şurasının sədri olaraq fəaliyyət göstərib.

Milli.Az


Etiketlər:  Donald Tusk yenidən baş nazir seçilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ