Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə Meta Platformaları ilə bağlı istintaq başladıb

Türkiyə Meta Platformaları ilə bağlı istintaq başladıb

Tarix: 12 Dekabr 2023 14:28

Türkiyə META sosial media platformaları Threads və Instagramda rəqabət hüququnun pozulması ilə bağlı istintaq başladıb.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyə Rəqabət Şurası açıqlama verib.

Məlumata əsasən, ilkin araşdırma Threads tətbiqinin Instagram tətbiqi ilə əlaqələndirilməsinin rəqabət qanununu pozub-pozmadığına dair istintaq açmaq üçün ciddi və kifayət qədər dəlillər ortaya çıxarıb.

Qeyd edək ki, daha öncə Türkiyə Rəqabət Şurası "Facebook" və "WhatsApp" tətbiqetməsinə qarşı yeni istifadəçi qaydaları səbəbiylə istintaq başlatmışdı.

Milli.Az


Etiketlər:  Türkiyə Meta Platformaları ilə bağlı istintaq başladıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ