Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ölkədə terror təhlükəsi səviyyəsi artırıldı

Bu ölkədə terror təhlükəsi səviyyəsi artırıldı

Tarix: 12 Dekabr 2023 23:12

Niderland terror təhlükəsi səviyyəsini dördüncü səviyyəyə, yəni ən sonuncudan bir aşağı səviyyəyə qaldırıb.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə Terrorla Mübarizə və Təhlükəsizlik üzrə Milli Koordinator İdarəsi məlumat yayıb.

Bundan əvvəl ölkədə üçüncü terror təhlükəsi səviyyəsi qüvvədə idi, yəni ölkədə terror hücumları mümkün idi, lakin onların təşkil olunmasına dair konkret göstərici yoxdur. Dördüncü səviyyə terror təhlükəsi isə o deməkdir ki, hücum riski daha yüksəkdir və Niderland terrorçuların hədəfi ola bilər.

Terrorizmlə Mübarizə və Təhlükəsizlik üzrə Milli Koordinator Piter-Yap Albersberq qeyd edib ki, səviyyənin artırılması ilə bağlı qərar vəziyyətin ümumi inkişafı, xüsusilə, Yaxın Şərqdə müharibə fonunda radikalların hücumu təhlükəsinin artması, bir sıra Avropa ölkələrində Quranın təhqir edilməsi, İŞİD və "Əl-Qaidə" kimi terror qruplarının hücumlara çağırış etməsi ilə bağlıdır.


Etiketlər:  ölkədə terror təhlükəsi səviyyəsi artırıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ