Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Çempionlar Liqasının qrup mərhələsində 6-cı tura start verildi

Çempionlar Liqasının qrup mərhələsində 6-cı tura start verildi

Tarix: 12 Dekabr 2023 23:58

UEFA Çempionlar Liqasının qrup mərhələsində 8-ci tura start verilib.

Milli.Az report-a istinadən xəbər verir ki, ilk olaraq B qrupunda iki qarşılaşma keçirilib.

1/8 final mərhələsinə vəsiqəni daha əvvəl təmin edən Niderlandın PSV və İngiltərənin "Arsenal" komandası sonuncu turda bərabərliyə (1:1) razılaşıblar.

Fransada yerli "Lens" klubu İspaniyanın "Sevilya" kollektivini 2:1 hesabı ilə məğlub edib. Nəticədə Fransa təmsilçisi qrupu üçüncü pillədə başa vurub və Avropa Liqasında iştirak hüququ qazanıb. Qonaqlar isə avrokuboklarla vidalaşmalı olub.

Çempionlar Liqası, qrup mərhələsi

VI tur

B qrupu

"Lans" (Fransa) - "Sevilya" (İspaniya) 2:1

PSV (Niderland) - "Arsenal" (İngiltərə) 1:1

Xal durumu: "Arsenal" - 13, PSV - 9, "Lans" - 8, "Sevilya" - 2.

Milli.Az


Etiketlər:  Çempionlar Liqasının qrup mərhələsində 6 tura start verildi


RƏYLƏR