Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Menstrual qanaxmaların qarşısını alan bitki

Menstrual qanaxmaların qarşısını alan bitki

Tarix: 13 Dekabr 2023 00:45

Quşəppəyinin xırda ağrəngli çiçəkləri salxımvaridir. Meyvələri buynuzcuqlu olub, üçbucaq şəkillidir. Quşəppəyi faydalı dərman bitkisidir.

Milli.Az sağlamolun.az-a istinadən quşəppəyinin faydalarını təqdim edir:

Orqanizmdə yaranan iltihabi xəstəliklərə qarşı çox faydalıdır. İltihab əleyhinə xüsusiyyətlərə malik olan bu bitki həm də orqanizmi təmizləyir.Tərkibindəki saponin və peptid sayəsində qanın laxtalanmasını artırır. 

Qanaxmalar zamanı, xüsusilə də burun qanaxmasının dayandırılmasında çox faydalıdır.

Bağırsağın iş mexanizmini tənzimləyən bu bitki qəbizliyin qarşısını alır və həzm sisteminin işini tənzimləyir. Bağırsaq sancılarını aradan qaldırır.

Qadınlarda menstrual qanaxmaların qarşısını almaq üçün tətbiq olunur. Menstruasiya öncəsi stresi azaltmağa kömək edir.

Düzənsiz menstrual qanaxmaların nizamlanmasında da təsirlidir.

Arterial təzyiqi tənzimləyən quşəppəyi ürək üçün də faydalıdır.

Quşəppəyi ağız boşluğu xəstəliklərində, diş ağrılarında və ağız yaralarında yarasağaldıcı təsirinə görə istifadə olunur.

Böyrək və qaraciyərin funksional vəziyyətini tənzimləyir.

Bağırsaq çatları və babasil zamanı faydalıdır.

Tərkibi kalsiumla zəngin olduğuna görə sümük sağlamlığı üçün faydalıdır.

Milli.Az


Etiketlər:  Menstrual qanaxmaların qarşısını alan bitki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ