Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Təsbeh necə yaranıb?

Təsbeh necə yaranıb?

Tarix: 13 Dekabr 2023 01:00

Ərəb dilində təsbih - Allahı müqəddəs saymaq, onu gözəl adlarla tərifləmək mənasını verir. Allahın adlarını zikr (təkrar) edərkən hesabı itirməmək üçün istifadə olunan vasitəyə də təsbeh deyirlər. Demək olar ki, bütün dinlərdə təsbehdən istifadə edilir. Buddizmdə 18, 21, 27, 54 və 108 dənəli, hinduizmdə 50, 54 və 108 dənəli, xristianlığın katolik qolunda 33, 50 və 150 dənəli, pravoslavlıqda 33 dənəli, anqlikan və lüteran kilsələrində müvafiq olaraq 33 və 18 dənəli, bəhailikdə 19-a bölünən 95 dənəli təsbehlərdər istifadə edilir. İslamda təsbehlər adətən, 33 və ya 99 dənəli olur. Çünki Allahın gözəl adlarının sayı 99-dur; təsbehlə deyilən zikrlərin sayı da ya 33, ya da 100 olur.
İslamda təsbehin tarixini Həzrət Fatimeyi-Zəhra (ə) ilə bağlayırlar. Rəvayətə görə, Həzrət Mühəmməd Peyğəmbər (s) Fatiməyə (ə) aşağıdakı qaydada zikr söyləməyi öyrətmişdi: 34 dəfə "Allahü əkbər", 33 dəfə "əlhəmdü lillah" və 33 dəfə "sübhan Allah" (bu zikrə Həzrət Fatimənin (ə) təsbihi deyirlər). Həzrət Fatimə (ə) əvvəlcə bir ip götürub ona 100 ədəd düyün vurur və hər zikri deyərkən düyünlərdən birini çevirir. Sonralar Peyğəmbərin əmisi Həmzə Ühüd savaşında şəhid oldu və Fatimə (ə) Həmzənin qəbrinin torpağından bir az götürüb su ilə qarışdırdı, 100 ədəd xırda kürəcik düzəldib ortadan deşdi və ipə keçirtdi. İlk təsbeh bu cür yarandı. Daha sonralar İmam Hüseynin (ə) məzarı yerləşən Kərbəla torpağından təsbehlər düzəltməyə başladılar (buna türbət təsbeh deyirlər). Hal-hazırda həm torpaqdan, həm də taxta, kəhrəba və plastikdən, təbii daşlardan təsbeh hazırlayırlar.

Milli.Az


Etiketlər:  Təsbeh necə yaranıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ