Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Füzulidə yenə silah-sursat aşkarlandı

Füzulidə yenə silah-sursat aşkarlandı

Tarix: 13 Dekabr 2023 13:52

İşğaldan azad edilən Füzuli rayonunda silah-sursat aşkarlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 12 avtomat, 5 pulemyot, 1 tapança və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Etiketlər:  Füzulidə yenə silah sursat aşkarlandı


RƏYLƏR