Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzzada İsrail ordusunun polkovniki öldü

Qəzzada İsrail ordusunun polkovniki öldü

Tarix: 13 Dekabr 2023 18:58

İsrail ordusu Qəzza zolağında apardığı quru əməliyyatı zamanı daha 2 hərbçisini itirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, onlar arasında 44 yaşlı polkovnik İshaq Ben-Basat da var.

Ben-Basatın "Qolani" briqadasının baş qərargah rəisi olduğu bildirilir. Onunla yanaşı, həmin briqadanın 19 yaşlı çavuşu Oren Aloni də ölüb.

Ümumilikdə, İsrailin HAMAS-la qarşıdurması zamanı 444 İsrail hərbçisi ölüb.

Milli.Az


Etiketlər:  Qəzzada İsrail ordusunun polkovniki öldü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ