Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı aktyor qatar yolunu diqqətsiz keçdiyindən ayaqlarını itirib - VİDEO

Azərbaycanlı aktyor qatar yolunu diqqətsiz keçdiyindən ayaqlarını itirib - VİDEO

Tarix: 13 Dekabr 2023 22:22

"Azərbaycan Dəmir Yolları" QSC maarifləndirici videoçarx hazırlayıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, videoçarxda aktyor İmran Lalayevin başına gələn hadisə canlandırılıb.

Belə ki, İ. Lalayev 2013-cü ildə qulaqlıqda dəmiryol xəttini keçid olmayan yerdən diqqətsiz keçərkən qəza nəticəsində ayaqlarını itirib.

"Həyatınızı riskə atmamaq üçün dəmiryol xətlərini keçərkən piyadalar üçün nəzərdə tutulmuş yerlərdən istifadə edin. Bu il ADY qatarlarının qarşısına qəfil insan çıxması nəticəsində 7 nəfər ölüb, 6 nəfər ağır xəsarət alıb", - ADY-nin paylaşımında deyilir.

Milli.Az


Etiketlər:  Azərbaycanlı aktyor qatar yolunu diqqətsiz keçdiyindən ayaqlarını itirib VİDEO


RƏYLƏR