Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qəzzada atəşkəs istəməyən ölkələr - SİYAHI

Qəzzada atəşkəs istəməyən ölkələr - SİYAHI

Tarix: 13 Dekabr 2023 23:16

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası Qəzzada təcili humanitar atəşkəs tələb edən qətnamə layihəsini qəbul edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Misir tərəfindən irəli sürülən və 100 ölkənin birgə təqdim etdiyi qətnamə layihəsi 193 üzvü olan BMT Baş Assambleyasının Fələstin üzrə xüsusi fövqəladə sessiyasında səsə qoyulub.

Qətnamə layihəsi 23 səs bitərəf, 10 səs əleyhinə, 153 səs lehinə olmaqla qəbul edilib.

Layihənin əleyhinə səs verən ölkələr isə Avstriya, Çexiya, Qvatemala, İsrail, Liberiya, Mikroneziya, Nauru, Papua Yeni Qvineya, Paraqvay və ABŞ olub.

Milli.Az


Etiketlər:  Qəzzada atəşkəs istəməyən ölkələr SİYAHI


RƏYLƏR