Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yapon polisi keçmiş nazir müavininin ofisinə basqın etdi

Yapon polisi keçmiş nazir müavininin ofisinə basqın etdi

Tarix: 14 Dekabr 2023 12:12

Tokioda polis ədliyyə nazirinin keçmiş müavini, hakim partiyadan olan hazırkı deputat Mito Kakizavanın evinə və ofisinə basqın edib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə "Kyodo News" məlumat yayıb.

Qeyd edilib ki, o Koto rayonunun deputatlarına rüşvət verməkdə şübhəli bilinir, namizədini dəstəkləmək üçün onların hər birinə 200 min yen (1,3 min dollar) verdiyi iddia edilir.

Lakin onun dəstəklədiyi şəxs sonradan ödənişli reklamdan qeyri-qanuni istifadə etdiyi üçün vəzifəsindən istefa verib. Məlum olub ki, onu qanunu pozmağa inandıran keçmiş nazir müavini olub.

Kakizava Liberal Demokrat Partiyasından istefa məktubu yazıb: bu yaxınlarda hökumətin dörd üzvü korrupsiya qalmaqallarına görə postlarını tərk edib və partiyanın reytinqi 22-23 faizə düşüb.


Etiketlər:  Yapon polisi keçmiş nazir müavininin ofisinə basqın etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ