Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İlk türk kosmonavtın kosmosa uçuş tarixi açıqlandı

İlk türk kosmonavtın kosmosa uçuş tarixi açıqlandı

Tarix: 14 Dekabr 2023 14:28

Beynəlxalq Kosmik Stansiyada xidmət edəcək ilk türk kosmonavt Alper Gezeravcı 9 yanvar 2024-cü ildə kosmosa səyahət edəcək.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu barədə Türkiyənin Sənaye və Texnologiya Nazirliyi açıqlayıb.

Məlumata əsasən, Alper Gezeravcı missiyada ispan, italyan və isveçli astronavtlarla birlikdə iştirak edəcək.

O, Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq və 13 müxtəlif elmi təcrübə aparacaq. Sənaye və Texnologiya naziri Kacır biologiya, tibb, materialşünaslıq və genetika kimi sahələrdə aparılacaq təcrübələrdən birinin Muş Elm və Sənət Mərkəzində tələbələr tərəfindən hazırlandığını açıqlayıb.

Xatırladaq ki, A.Gezeravcı kosmos missiyasından əvvəl ABŞ-da təlim keçib. Təlim çərçivəsində onlar kosmik stansiyada həyati fəaliyyətlərini həyata keçirmək üçün praktiki və nəzəri dərslər alıb.

Milli.Az


Etiketlər:  İlk türk kosmonavtın kosmosa uçuş tarixi açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ