Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Tesla” Meksikada bu güzəştlərdən yararlanacaq

“Tesla” Meksikada bu güzəştlərdən yararlanacaq

Tarix: 15 Dekabr 2023 16:10

Meksika hökuməti ABŞ-nin "Tesla" şirkətinə ölkədə zavod inşa etmək üçün 153 milyon ABŞ dollar dəyərində vergi güzəştləri verib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Meksikanın Nuevo-Leon ştatının hökuməti məlumat yayıb.

Bildirilib ki, təsdiq edilmiş güzəştlər zəruri nəqliyyat infrastrukturunun yaradılmasına töhfə verəcək və şirin su çatışmazlığı problemlərinin həllinə kömək edəcək.

Qeyd edilib ki, "Tesla" zavodun yaradılmasına ilkin olaraq 4,5 milyard ABŞ dolları sərmayə qoyacaq və bu, ştat tarixində rekord göstərici olacaq.

Daha əvvəl Nuevo-Leon ştatının qubernatoru Samuel Qarsiya məlumat vermişdi ki, Meksikada "Tesla"nın zavodunu təxminən 9 aya inşa edilə bilər. Müəssisə ABŞ sərhədinə yaxın ərazidə - Santa-Katarina rayonunda yerləşəcək.

Milli.Az


Etiketlər:  Tesla Meksikada bu güzəştlərdən yararlanacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ