Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

44 günlük savaşda ermənilər kabinetimdən çıxmırdı - Tolstoy

44 günlük savaşda ermənilər kabinetimdən çıxmırdı - Tolstoy

Tarix: 15 Dekabr 2023 17:20

Rusiya Dövlət Dumasının sədr müavini Pyotr Tolstoy İrəvanın Moskvadan uzaqlaşmasının nəticələri barədə xəbərdarlıq edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, o, bu barədə Rusiya-Ermənistan ilk ictimai forumunun açılışında deyib.

Parlamentari Ermənistanı Rusiyadan əldə edə biləcəyi hər şeyi Avropadan almağa çalışan postsovet ölkələrinin səhvlərini təkrarlamamağa çağırıb:

"Qarabağda son müharibə gedəndə mənim kabinetim sözün əsl mənasında hər gün Ermənistan parlamentinin deputatları ilə dolu olurdu və onlar deyirdilər: "Xahiş edirik, nəsə edin, zəng edin, Rusiya prezidentinə deyin, müharibəni dayandırın! Oğlanlarımız ölür, cəbhədən tabutlarla gətirilirlər". Bu gün isə həmin deputatlar artıq yoxdur, ümumiyyətlə, heç kim yoxdur. Xatırladım ki, o zaman qanlı müharibəni dayandıran Rusiya Prezidenti Vladimir Putin olub".

Milli.Az


Etiketlər:  günlük savaşda ermənilər kabinetimdən çıxmırdı Tolstoy


RƏYLƏR