Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

300-dən çox təyyarə Misirə eniş edib - bu səbəbə görə

300-dən çox təyyarə Misirə eniş edib - bu səbəbə görə

Tarix: 15 Dekabr 2023 18:18

Misirin Sinay yarımadasının şimalında yerləşən Əl-Ariş şəhərinin hava limanına Qəzza zolağının əhalisinə humanitar yardım aparan 300-dən çox yük təyyarəsi enib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Misir Qızıl Aypara Cəmiyyətinin Şimali Sinay əyalətindəki rəhbəri Xalid Zayed bildirib.

Onun sözlərinə görə, oktyabrın 12-dən indiyədək Qəzza sakinlərinə humanitar yardım daşıyan 305 təyyarə Əl-Ariş hava limanına enib.

Xalid Zayed əlavə edib ki, 8,5 min ton dərman, ərzaq məhsulları, geyim, çadırlar, şəxsi gigiyena vasitələri, o cümlədən onlarla təcili yardım maşını və bir neçə səhra xəstəxanası anklavda yerləşdirmək üçün Sinayın şimalına təyyarə ilə çatdırılıb.

Onun sözlərinə görə, fələstinlilərə hava yolu ilə yardım BMT, UNICEF, Beynəlxalq Qızıl Xaç Komitəsi, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı beynəlxalq humanitar və xeyriyyə təşkilatları tərəfindən göndərilib: "30 ölkə Əl-Arişə humanitar yardım aparan təyyarələr göndərib".

Milli.Az


Etiketlər:  300 dən çox təyyarə Misirə eniş edib bu səbəbə görə


RƏYLƏR