Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Dekabr 2023 20:18
Çexiyanın ən varlı adamlardan biri Radovan Vitek ("Forbes" onun sərvətini 6,5 milyard dollar qiymətləndirir) maliyyə fırıldaqları ittihamlarından sonra aktivlərini BƏƏ-yə köçürüb.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Bloomberg" yazıb.
Dekabrın əvvəlində iş adamı ölkədə iki şirkəti - "Rising Falcon Holding Limited" və "Rising Falcon Number 1 Holding Limited"i qeydiyyatdan keçirib. Bir neçə həftə əvvəl investisiya araşdırma şirkəti "Muddy Waters", Vitekin CPI-nin aktivlərinin dəyərini 86 faiz çox göstərdiyini və maliyyə vəziyyətinin yanlış təqdim oluna biləcəyini bildirib.
Hazırda agentliyin hesablamalarına görə, şirkətin təqribən 8,5 milyard dollar məbləğində ödənilməmiş kreditləri və istiqrazları var.
İttihamlar həmçinin milyarderin bəzi açıqlanmayan əlaqəli tərəflərlə əməliyyatlardan qazanc əldə etməsindən irəli gəlir. O cümlədən, söhbət iki torpaq sahəsinin satılması və daha baha qiymətə geri alınmasından gedir. Öz növbəsində CPI bu məlumatı təkzib edərək, Vitek və ya digər tərəflərlə əməliyyatları gizlətmədiyini bildirib.
BƏƏ son vaxtlar Kayman və Britaniya Virciniya adalarının populyarlığının azalması fonunda dünyanın hər yerindən zəngin insanları getdikcə daha çox cəlb edir. İş adamları Əbu-Dabidə aktivlərin qorunması, məxfilik və vergi üstünlüklərindən, habelə BƏƏ-nin ikiqat vergitutma müqavilələrindən faydalanmaq imkanından istifadə edirlər.