Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Şəbnəm Tovuzlu QƏZƏBLƏNDİ: “Bütün kənd bilir ki,..." – VİDEO

Şəbnəm Tovuzlu QƏZƏBLƏNDİ: “Bütün kənd bilir ki,...

Tarix: 15 Dekabr 2023 20:35

Xəbər verdiyimiz kimi, Əməkdar artist Şəbnəm Tapdıq həmkarı Şəbnəm Tovuzlunu söylədiyi "Dünyasını dəyişmiş anam Şəbnəm Tapdıqla rəfiqə imiş" sözlərinə görə məhkəməyə verib. Tapdıq bildirib ki, məhkəmə araşdırma apararaq Tovuzlunun əsl adı Aygün olduğunu üzə çıxarıb.

Milli.Az bizim.media-ya istinadən xəbər verir ki, qalmaqallı məsələ ilə bağlı Şəbnəm Tovuzlu "Elgizlə izlə" ictimai-sosial verilişinin canlı efirinə zəng edərək, qarşı tərəfin səsləndirdiyi fikirlərə etirazını bildirib. 

"Doğma anam mənə Şəbnəm adını veribsə, siz və başqası kimsiniz? Mən sizlə heç zaman bu formada danışmamışam.

Get, Tovuz rayonunda nəslimi, kökümü araşdır. Mən elə-bələ nəslin nümayəndəsi deyiləm. Mənim nəslimdə bibilərim, xalalarım həkim, əmilərim isə vəkil, polisdir. Soruşun, görün, anası rəhmətə gedəndə, bir yaşında Bakıdan xalasına veriləndən Şəbnəmin doğma adı nə olub? Belə biabırçılıq və haqsızlıq olar? Belə şeylər olmaz. Məhkəməyə ver, araşdır, gör Şəbnəmin ilk adı nə olub. Mənim atam Orucov Arif Ağaddin oğlu. Dünyaya gələndə anam Şəbnəm adını mənə verib.

Orucova Şəbnəm Arif qızı 1984-cü ildə dünyaya gəlmişəm. Atamın soyadını daşımışam. Anam rəhmətə gedəndən sonra məni Tovuz rayonuna yaş yarımımda xalama veriblər. Onun həyat yoldaşı mənim ögey atam Ələddin məni öz himayyəsinə götürəndə, soyadımı dəyişib.

Olmuşam, Əsədova Şəbnəm Ələddin qızı. Tovuzda bütün kənd bilir ki, mən övladlığa Şəbnəm adı ilə verilmişəm. Bu xanım nə danışır? Getsin, məhkəmədə bu məsələni kökündən araşdırsın. Ayıbdır!" 

Tovuzlunun bu sözlərinə Tapdıq "Mən araşdırmışam. Onu məktəbdə belə Aygün deyə çağırıblar" sözlərini dilə gətirib. 

Milli.Az


Etiketlər:  Şəbnəm Tovuzlu QƏZƏBLƏNDİ Bütün kənd bilir ki VİDEO


RƏYLƏR