Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2023 00:12
İclas zamanı bir neçə qumbara partlatmış Zakarpat vilayətinin Keretskivska kənd radasının deputatı Sergiy Batrın cinayətə əvvəlcədən hazırlaşırmış.
Sonxeber.net "Report"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İhor Klımenko deyib.
"Hadisəni törətmiş Zakarpatiyalı şəxs öncədən hazırlaşırmış, onun evində etirafı olan qeyd tapılıb", - nazir bildirib.
Xatırladaq ki, Ukraynanın Zakarpatiya vilayətindəki Keretskivska kənd radasının binasında deputat iclas zamanı qumbara partladıb.