Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Allahın daxili niyyətlərdən xəbərdar olması

Allahın daxili niyyətlərdən xəbərdar olması

Tarix: 16 Dekabr 2023 08:00

وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ وَنَعْلَمُ مَا تُوَسْوِسُ بِهِ نَفْسُهُ وَنَحْنُ أَقْرَبُ إِلَيْهِ مِنْ حَبْلِ الْوَرِيدِ إِذْ يَتَلَقَّى الْمُتَلَقِّيَانِ عَنِ الْيَمِينِ وَعَنِ الشِّمَالِ قَعِيدٌ مَا يَلْفِظُ مِنْ قَوْلٍ إِلَّا لَدَيْهِ رَقِيبٌ عَتِيدٌ

"İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. Sağında və solunda iki (mələk) oturub (onun əməllərini qeydə alır.) Dediyi elə bir söz yoxdur ki, (onu yazmaq üçün) yanında hazır durmuş gözətçi olmasın." (Qaf, 16-18).

İzah: Qeyd olunduğu kimi, Allahın elmi sonsuzdur və orada cəhalətə yer yoxdur. Allah bəndələrinin hətta qəlbindən keçənləri və onların fikirlərindən keçən ötəri vəsvəsələri də bilir.

Yuxarıdakı ayədə Allah, bu elmi və əhatəni təsvir etmək üçün təkid etmişdir ki, bəndələrinə şah damarlarından da yaxındır. Bu ifadə həm Xaliq və məxluqun yaxınlığının dərinliyini göstərir, həm də insanın haramlardan daha çox uzaq olmasına zəmin yaradır.

Bundan başqa, insanı müşayiət edən xüsusi mələklər də nəzərdə tutulmuşdur ki, onun bütün əməllərini qeyd etsinlər.

Hədis: İmam Baqir (ə): "Gizli və aşkar Onun (Allahın) yanında eynidir" (Təfsiri-Qumi, c. 1, səh. 36).

Milli.Az


Etiketlər:  Allahın daxili niyyətlərdən xəbərdar olması


RƏYLƏR