Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ozan Candan 1 qol, 2 qol ötürməsi

Ozan Candan 1 qol, 2 qol ötürməsi

Tarix: 16 Dekabr 2023 12:06

Niderland 1-ci divizionunda 19-cu turun oyunları keçirilir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün çıxış etdiyi "Eyndhoven" səfərdə "Yonq Utrext"lə qarşılaşıb. Matç qonaq komandanın 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Ozan Can matça start heyətdə başlayıb və sona qədər meydanda olub. O, bu görüşdə 1 qol vurub, 2 qolun ötürməsini verib.

"Yonq Utrext" - "Eyndhoven" - 2:5

Qollar: Riyks, 6 (1:0), Dorenboş, 35 (1:1, qol ötürməsi: Ozan Can Kökçü), Rottye, 71 (1:2), Sleeqers, 75 (1:3), Amevr, 86 (1:4, qol ötürməsi: Ozan Can Kökçü), Riyks, 90 (2:4), Ozan Can Kökçü, 90+3 (2:5)

Qırmızı vərəqə: Vierek, 31 ("Yonq Utrext")

Qeyd edək ki, 19 turdan sonra 29 xal toplayan "Eyndhoven" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.

Milli.Az


Etiketlər:  Ozan Candan 1 qol 2 qol ötürməsi


RƏYLƏR