Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Zelenski ABŞ-dən istədiyini ala bilmədi – “Sussaydı, daha yaxşı olardı”

Zelenski ABŞ-dən istədiyini ala bilmədi – “Sussaydı, daha yaxşı olardı”

Tarix: 16 Dekabr 2023 19:06

Ukrayna Prezidenti Vladimir Zelenski respublikaçıları konqresmenləri ölkəsinin müdafiəsini dəstəkləmək üçün pul ayrılmasına səs verməyə inandırmağı planlaşdırarkən, hər şeyi yanlış hesabladı.

Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna liderinin ABŞ səfərini təhlil edən "Foreign Policy" yazır.

"Zelenskinin səfəri uğursuz alındı. Mövcud maliyyə mübahisəsinin mərkəzində duran məqamı və məsələləri qaçırdı. (Konqresdə) Çıxış etməsəydi, daha yaxşı olardı", - Respublikaçıların Konqresdəki adı açıqlanmayan nümayəndəsi deyib.

Zelenskinin Vaşinqtondakı müttəfiqləri hesab edirlər ki, ən inandırıcı şəkildə düzgün çıxış etsəydi, bəlkə də Meksika sərhədi məsələsini respublikaçıların diqqətindən yayındırmaq və Ukrayna üçün təcili maliyyə paketini nəzərdən keçirməyə inandırmaq olar. Bununla belə, "Foreign Policy" hesab edir ki, Meksika ilə sərhəd məsələsi Nümayəndələr Palatasının respublikaçı spikeri Mayk Conson üçün qaynar siyasi məsələyə çevrildiyini nəzərə alsaq, bu, siyasi cəhətdən mümkün deyil.


Etiketlər:  Zelenski ABŞ dən istədiyini bilmədi Sussaydı daha yaxşı olardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ