Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Dekabr 2023 21:16
Moldova hökuməti ölkənin cənubundakı qaz və neft yataqlarını nəzarətə götürəcək.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bununla bağlı təşəbbüs respublika parlamenti tərəfindən təsdiqlənib.
Qanun layihəsi Kantemir rayonunun Viktorovka kəndindəki qaz yataqlarına və Cahul rayonunun Valen kəndindəki neft mədənlərinə aiddir:
"Parlament ölkənin cənubundakı təbii qaz və xam neft yataqlarının istismarı ilə bağlı aktivlərin hökumətin nəzarətinə keçməsi ilə bağlı qanun layihəsini qəbul edib. Qanun layihəsi birinci və ikinci oxunuşda qəbul edilib", - məlumatda deyilib.