Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2023 01:20
Moskva Ali Əlahiddə Ümumqoşun Komandanlıq Məktəbində müsəlman tələbələr üçün namaz otağı açılıb.
Sonxeber.net moderator.az-a istinadən xəbər verir ki, bu haqda "RİA Novosti" məlumat yayıb.
Məkan Rusiya Müsəlmanları Ruhani İdarəsinin vəsaiti və xeyriyyəçilərin ianələri hesabına təmir edilib və təchiz olunub. Moskvanın müftisi İldar Alyautdinov namaz otağının açılmasını "əlamətdar hadisə" adlandırıb, çünki bu, hərbi müəssisələrdə tez-tez baş vermir. "Bu onu göstərir ki, təhsil müəssisəsi gələcək zabitlərin peşəkar bacarıqlarını inkişaf etdirməklə yanaşı, həm də onların mənəvi inkişafının qayğısına qalır. Ali komandir heyətinin hazırlanması prosesində dini ayinləri yerinə yetirmək imkanı tələbə və müəllimlər arasında millətlərarası və konfessiyalararası münasibətlərin möhkəmlənməsinə kömək edəcək, onlar vacib namazını harada qılacaqları barədə narahat olmayacaqlar",-deyə müfti bildirib.
Bundan əlavə, İldar Alyautdinov ibadət otağının təkcə müsəlmanların deyil, istənilən işçinin və ya tələbənin mənəvi dəstək ala biləcəyi məkana çevriləcəyinə əminliyini ifadə edib.