Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Dekabr 2023 19:30
Dekabrın 16-da ABŞ-nin Respublikaçılar Partiyasının namizədi Donald Tramp sənədsiz immiqrantları "ölkəmizin qanını zəhərləyənlər" adlandırıb.
Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, Tramp bu sözləri Nyu-Hempşirdə ABŞ sərhədini qeyri-qanuni yolla keçməyə cəhd edən immiqrantlara qarşı təbliğat kampaniyası zamanı deyib.
O, ikinci dörd illik prezidentlik müddətinə seçiləcəyi təqdirdə qeyri-qanuni immiqrasiya ilə mübarizə aparacağını və qanuni immiqrasiyanı məhdudlaşdıracağını bildirib.
Xatırladaq ki, sentyabrın sonunda "The National Pulse" ilə müsahibə zamanı D. Tramp həmin "qanımızı zəhərləyənlər" ifadəsindən istifadə etmişdi. Onun bu ifadəsi birmənalı qarşılanmamışdı.