Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Putinin Paşinyandan qisas planı... - Akopcanyan

Putinin Paşinyandan qisas planı... - Akopcanyan

Tarix: 18 Dekabr 2023 15:34

Kim zəmanət verə bilər ki, Rusiya xüsusi xidmət orqanları Ermənistan rəhbərliyi üçün də Ukrayna hərbi rəhbərliyinə hazırladığı "sürprizlər" üzərində düşünmür? Ötən gün Ukrayna ordusunun baş komandanı Valeri Zalujnının ofisində dinləmə cihazı tapılıb. Bu hadisə yalnız Ukraynaya təsir etməyəcək. Tamamilə aydındır ki, bu, Rusiya kəşfiyyat xidmətlərinin Ukraynada nə qədər dərinə əl uzada biləcəyinə bir nümunədir. Təbii ki, Rusiya təbliğatı onların xüsusi xidmət orqanlarının Zalujnının ofisində dinləmə cihazı quraşdırmasını inkar edəcək. Rusiya Zalujnı və Zelenski arasında "münaqişə" versiyası üzərində özlərini günahsız elan edəcək. Bu isə onların açıq-aşkar uğursuzluğu olacaq. Axı, bu yaxınlarda Ukraynanın müdafiə naziri Rüstəm Umerov bu məsələyə son qoydu.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu erməni analitik Razmik Akopcanyan deyib.

"Bir sözlə, "Zalujnı işində" açıq-aşkar rus əli var. Və bu "rus əli" hətta Rusiyaya dost olan ölkələrin də bir çox liderini düşündürəcək. Hətta Belarus Prezidenti Aleksandr Lukaşenko belə əmin ola bilməz ki, Rusiya xüsusi xidmət orqanları ona qulaq asmır, onun ləğvi üçün hazır plana sahib deyil.

Ermənistan rəhbərliyində isə hər şey daha qorxuludur. Kreml İrəvanda hakimiyyəti dəyişmək planlarını qətiyyən gizlətmir. Artıq onlar Nikol Paşinyanın "xalq arasında populyar olmaması", "reytinqinin düşdüyü" barədə saxta xəbərlər yaymağa başlayıblar. Rusiya informasiya məkanında ölkəmizlə bağlı mif və əfsanələr var gücü ilə şişirdilir. Bütün bunlar rusların İrəvan rəhbərliyinə qarşı cinayət törətməsi üçün lazımi zəmin yaradır. Bu, Vladimir Putinin şəxsi qisası olacaq. Rusiya terror aktını necə və nə vaxt həyata keçirməyə çalışacaq, kimdən başlayacaq, dərhal Paşinyan, yoxsa onun həmfikirlərindən biri hədəf alınacaq, dəqiq bilmirəm. Ancaq onların belə bir planının mövcudluğu və bunun sadəcə gözləmə rejimində olması açıq-aşkar görünür", - o bildirib.

Milli.Az


Etiketlər:  Putinin Paşinyandan qisas planı Akopcanyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ