Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2023 16:35
Tanınmış aparıcı Xoşqədəm Hidayətqızı canlı yayımda aşıq Fəzail Miskinlini pərt edib.
Sonxeber.net yenicag.az-a istinadən xəbər verir ki, aparıcı "47 yaşın var, niyə saçın ağarmayıb", - deyə onun saçına boya vurmasına eyham vurub.
Aşıq isə saçının şampunla qaraldığını bildirib:
"Qara kostyum geyinə bilmirdim, üstümə kəpək tökülürdü. Almaniyadan, İrandan şampun gətizdirdim, xeyri olmadı.
Axırda həkimə müraciət etdim. O dedi ki, yəqin səndə hansısa vitamin çatışmır, bir şampun məsləhət etdi, sonra saçım belə oldu. Yadınızdadırsa saçımın qabağında ağ var idi".
Aşığın bu cavabına Xoşqədəm eyhamlı replika verib: "Rəng qoydurmaqdan yorulmuşam, o şampunun adını mənə də de".