Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Dekabr 2023 20:00
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan İtaliyaya 6 659 021,44 min ABŞ dolları dəyərində 10 444 269,48 ton neft ixrac edib. Bununla da İtaliya Azərbaycanın ümumi neft ixracında birinci yerdə qərarlaşıb.
Sonxeber.net-ın Dövlət Gömrük Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanın ümumi neft ixracında (ixrac edilən neftin həcminə və dəyərinə görə - red.) ikinci yerdə İsrail qərarlaşıb. Hesabat dövründə, bu ölkəyə 1 379 801,81 min dollar dəyərində 2 244 613,64 ton neft ixrac edilib.
Azərbaycanın neft ixracı üzrə siyahıda üçüncü yeri Hindistan tutur. Yanvar-noyabr aylarında bu ölkəyə 917 928,25 min dollar 1 506 660,3 ton neft ixrac edilib.
Məlumata əsasən, qeyd olunan göstəricilərdə hesabat dövründə gömrük orqanlarında rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan göründüyü kimi, hesabat dövründə 22 ölkəyə 15 099 942,85 min dollarlıq 24 199 455,59 ton neft ixrac edib.
Azərbaycanın bu ilin yanvar-noyabr aylarında neft ixrac etdiyi ölkələrə dair tərtib etdiyi reytinqi (dəyərinə görə) təqdim edirik:
№ |
Ölkələr |
Statistik dəyər (min ABŞ dolları) |
Miqdar (ton) |
- |
Cəmi |
15 099 942.85 |
24 199 455.59 |
1 |
İtaliya |
6 659 021.44 |
10 444 269.48 |
2 |
İsrail |
1 379 801.81 |
2 244 613.64 |
3 |
Hindistan |
917 928.25 |
1 506 660.30 |
4 |
Almaniya |
758 962.89 |
1 160 873.93 |
5 |
İspaniya |
700 578.65 |
1 114 184.47 |
6 |
Çexiya |
682 886.68 |
1 135 964.61 |
7 |
Türkiyə |
661 525.65 |
1 172 891.35 |
8 |
Xorvatiya |
534 992.79 |
891 702.67 |
9 |
Böyük Britaniya |
432 278.59 |
691 038.87 |
10 |
Yunanıstan |
403 274.26 |
656 521.80 |
11 |
İrlandiya |
366 641.18 |
630 056.20 |
12 |
Vyetnam |
345 490.87 |
554 367.23 |
13 |
Rumıniya |
344 681.56 |
562 404.67 |
14 |
Portuqaliya |
242 643.31 |
366 705.80 |
15 |
Avstriya |
152 155.74 |
266 568.71 |
16 |
İndoneziya |
150 210.69 |
221 084.92 |
17 |
Fransa |
118 639.77 |
199 006.72 |
18 |
Sinqapur |
87 786.40 |
138 338.45 |
19 |
Tunis |
71 938.82 |
106 274.64 |
20 |
Malayziya |
34 012.69 |
48 042.55 |
21 |
Avstraliya |
28 392.28 |
39 196.58 |
22 |
Tailand |
26 098.53 |
48 688.02 |