Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“İmperatoram, söz deyən olsa, əlbəyaxa döyüşərəm”

“İmperatoram, söz deyən olsa, əlbəyaxa döyüşərəm”

Tarix: 18 Dekabr 2023 20:30

Əməkdar artist Cavanşir Məmmədov hazırda Azərbaycan şou biznesində ağsaqqal olduğunu, "İmperator" titulu daşıdığını deyib.

Milli.Az lent.az-a istinadən bildirir ki, o, Xalq artisti İlhamə Quliyevadan sonra yerli şou-biznesə nizam verdiyini söyləyib.

"İlhamə heç kimlə əlbəyaxa olmurdu, amma mən, yeri gəlsə, olaram. Mən kişiyəm. Birdən kimsə durub sözümün önündə söz desə, xasiyyətimə bələd insanam, düz alınmaz. Şou-biznesdə heç kimin işinə qarışmıram. Heç bir sənət adamı ilə oturub durmuram. Xasiyyətimə görə hərəkət edirəm", - deyən müğənni müasir şou-biznes nümayəndələrinin, xüsusən xanımların görünüşünü tənqid edib. 

"Ağızlarına protez dişlər qoydururlar. Dərisi qara olan müğənni ağzına ağ diş qoydurur. Hələ bu azmış kimi, dodaqlarını da şişirdir edir, nə boyda. Sənin haranı bəyənib, haranı tərifləyək?"

Milli.Az


Etiketlər:  İmperatoram söz deyən olsa əlbəyaxa döyüşərəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ