Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qəzzada ölənlərin sayı açıqlandı

Qəzzada ölənlərin sayı açıqlandı

Tarix: 19 Dekabr 2023 09:36

Qəzza zolağında 19400 nəfər İsrail Müdafiə Qüvvələrinin zərbələrinin qurbanı olub.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu məlumatları anklavın Səhiyyə Nazirliyi yayıb.

Qeyd olunur ki, oktyabrın 7-də vəziyyətin gərginləşməsindən sonra Fələstin-İsrail münaqişəsi zonasında 19 453 nəfər həlak olub, daha 52 286 sakin yaralanıb.

"Biz bütün ölkələri və beynəlxalq təşkilatları yaralıları və xəstələri xilas etmək üçün Qəzzanın şimalında səhra xəstəxanaları yaratmağa çağırırıq", - agentlik bildirib.

Milli.Az


Etiketlər:  Qəzzada ölənlərin sayı açıqlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ