Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Pentaqon “Rifah keşikçisi” əməliyyatına başlayır

Pentaqon “Rifah keşikçisi” əməliyyatına başlayır

Tarix: 19 Dekabr 2023 14:32

Pentaqon Qırmızı dənizdə naviqasiya azadlığını təmin etmək üçün çoxmillətli əməliyyata başlayacaq. Buna səbəb Yəmən husilərinin ticarət gəmilərinə hücumlarıdır.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib.

"Son zamanlarda Yəmən husilərinin hücumlarının artması ticarətin sərbəst axınını təhdid edir, günahsız dənizçiləri təhlükə altına alır və beynəlxalq hüququ pozur. Bu, kollektiv fəaliyyət tələb edən beynəlxalq çağırışdır. Ona görə də bu gün "Rifah keşikçisi" əməliyyatının yaradılmasını elan edirəm. Yeni vacib çoxmillətli təşəbbüs Birləşmiş Dəniz Qüvvələrinin himayəsi altında fəaliyyət göstərəcək", - o bildirib.

Qeyd edək ki, əməliyyatda Böyük Britaniya, Bəhreyn, Kanada, Fransa, İtaliya, Niderland, Norveç, İspaniya və Seyşel adaları iştirak edəcək.

Milli.Az


Etiketlər:  Pentaqon Rifah keşikçisi əməliyyatına başlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ