Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çempionlar Liqasının finalı İrəvanda keçiriləcək

Çempionlar Liqasının finalı İrəvanda keçiriləcək

Tarix: 19 Dekabr 2023 20:28

UEFA Futzal üzrə Çempionlar Liqasının 2024-cü ildə baş tutacaq finalı Ermənistanda keçiriləcək.

Sonxeber.net Offsideplus.az-a istinadən xəbər verir ki, bu barədə qitə futbol qurumu rəsmi məlumat yayıb. Ermənistan finalın keçirilməsi üçün namizədliyini verən Yunanıstan, Litva, Polşa, İspaniya və İsveçrə kimi ölkələri üstələyərək qalib olub və nəticədə həlledici matça ev sahibliyi edəcək.

Oyunlar İrəvanda yerləşən "Karen Dermiçyan Arena"da baş tutacaq. Yarımfinal oyunları mayın 3-də, 3-cü yer və final qarşılaşmaları isə mayın 5-də keçiriləcək.

Qeyd edək ki, Azərbaycanın bu turnirdə yeganə təmsilçisi "Araz-Naxçıvan" UEFA Çempionlar Liqasının ilkin mərhələsində mübarizəni dayandırıb.


Etiketlər:  Çempionlar Liqasının finalı İrəvanda keçiriləcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ