Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xəzər sahillərində 130 suiti ölüsü tapıldı

Xəzər sahillərində 130 suiti ölüsü tapıldı

Tarix: 19 Dekabr 2023 23:16

Xüsusi Komissiya Dağıstanda Xəzər dənizi sahillərində monitorinq apararkən Rusiya Federasiyasının Qırmızı Kitabına daxil edilmiş 130-a yaxın suiti ölüsü aşkar edib.

Milli.Az teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə regional Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Bu həftəsonu sahildə 130-a yaxın ölü heyvan qeydə alınıb. Onların əksəriyyəti artıq çürüyüb. Heyvanların təkcə Xəzər dənizinin Rusiya sahillərində deyil, həm də Azərbaycan və İran sahillərində ölməsi istisna deyil. Kütləvi ölümün dəqiq səbəbi müəyyən edilməyib", - deyə qurum qeyd edib.

Nazirlikdən izah olunub ki, Xəzər suitisinin kütləvi tələfatı son illərdə heyvanların şimaldan Xəzər dənizinin cənubuna aktiv miqrasiyasının müşahidə olunduğu bir vaxtda mütəmadi qaydada qeydə alınır.

Milli.Az


Etiketlər:  Xəzər sahillərində 130 suiti ölüsü tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ