Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyə futbolunda daha bir gözlənilməz hadisə

Türkiyə futbolunda daha bir gözlənilməz hadisə

Tarix: 19 Dekabr 2023 23:52

Türkiyə futbolunda daha bir qalmaqallı hadisə yaşanıb.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, Super Liqanın XVII turunda "İstanbulspor" - "Trabzonspor" matçı yarımçıq qalıb.

Belə ki, meydan sahibləri meydanı yarımçıq tərk edib. İstanbullular cərimə zərbəsi gözlədiyi an hakim "davam" qərarı verib, ardınca isə qonaqlar qol vurub.

Bundan sonra isə "İstanbulspor" klubunun prezidenti oyunçulara meydanı tərk etmək barədə göstəriş verib.

Qeyd edək ki, Türkiyə çempionatının 15-ci turunun "Ankaragücü" - "Rizespor" görüşü Ankarada baş tutub və 1:1 hesabı ilə başa çatıb. Qarşılaşmadan sonra "Ankaragücü" klubunun prezidenti Faruk Qoca bir neçə nəfərin müşayiəti ilə meydançaya qaçaraq hakim Xəlil Meleri vuraraq onu yerə yıxıb. Hakim yıxılarkən ona bir neçə təpik zərbələri də endirilib.

Faruk Qoca saxlanılıb və o, klub prezidenti vəzifəsindən istefa verib.


Etiketlər:  Türkiyə futbolunda daha gözlənilməz hadisə


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ