Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kanada ABŞ-dan pilotsuz döyüş təyyarələri alacaq

Kanada ABŞ-dan pilotsuz döyüş təyyarələri alacaq

Tarix: 20 Dekabr 2023 00:44

Kanada hökuməti Amerikadan 1,87 milyard ABŞ dolları dəyərində 11 ədəd pilotsuz döyüş təyyarələri alacağını açıqlayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, alışın əsas hissəsi "General Atomics Aeronautical Systems" korporasiyası ilə birbaşa kommersiya müqaviləsi əsasında həyata keçiriləcək.

Qeyd olunub ki, Amerikanın silahla təchiz edilən hərbi pilotsuz təyyarələri uzun müddət havada qalmaqla yanaşı daha uzaq məsafələrə uçuşlar etmək qabiliyyətinə malikdir.

Alınmalar siyahısına həmçinin yerüstü idarəetmə stansiyaları, anqarlar, silahlar və texniki dəstək üçün lazım olan avadanlıqlar daxil edilib.

Milli.Az


Etiketlər:  Kanada ABŞ dan pilotsuz döyüş təyyarələri alacaq


RƏYLƏR