Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Axırəzzəmanda insanların vəzifəsi

Axırəzzəmanda insanların vəzifəsi

Tarix: 20 Dekabr 2023 05:02

O zamanın şəraiti o qədər mürəkkəbdır ki, sadə insanlar haqqı tapmaqda yalnışlığa yol verə bilərlər. Bu da onları şeytanın yoluna və tələsin salar.

Həzrət Əli (ə) "Nəhcül- bəlağə"nin 138- ci xütbəsində axırəzzəman fitnələri ilə bağlı insanların çətin durumunu öncədən xəbər verdikdən sonra onların tutacaqları yol və üzərlərinə düşən vəzifəni də xatırladır:

فالزِموا السّنَنَ القائمهَ و الآثارَ البیّنهَ و العهدَ القریبَ الذی علیهِ باقی النبّوهِ و اعلموا انّ الشیطانَ إنّما یُسَنّی لکم طُرقهُ لتتّبعوا عَقبه.

"(Heç bir zaman məsuliyyətin üzərinizə düşməməsini və fitnə-fəsaddan xilas olmağı istəyirsinizsə) əbədi və bərqərar sünnəsi, yolları, aydın nişanələri (Qur'an və sünnəsi), bütün peyğəmbərliyin üzərində durduğu yaxın əhd-peymanı (haqq İmamı və Həzrət Peyğəmbərin canişini) öz yol göstərəninizə çevirin. Bilin ki, şeytan öz qədəminin izinə ayaq qoyub arxasınca getməniz üçün (aldadıcı) yolları sizlərdən ötrü asanlaşdırır (ki, rahatlığınızı itirib dünya və axirətdə çarəsiz və zavallı olasınız)".

İmam Əli (ə) zühurun əlamətlərini söylədikdən sonra insanlara bərqərar sünnət, üzərindən hələ çox zaman adlamamış əhd - peymanla bağlı xəbərdarlıq verir. Tapşırır ki, o zaman şeytanın açdığı və çəkdiyi yollarla getməsinlər.

Bu xəbərdarlıq göstərir ki,o zamanın şəraiti o qədər mürəkkəb və qarışıqdır ki, sadə insanlar haqqı tapmaq və müəyyən etməkdə yalnışlığa yol verə bilərlər. Bu da onları şeytanın yoluna və tələsin salar.

Milli.Az


Etiketlər:  Axırəzzəmanda insanların vəzifəsi


RƏYLƏR