Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Mançester Yunayted” 4 futbolçusunu satışa çıxardı

“Mançester Yunayted” 4 futbolçusunu satışa çıxardı

Tarix: 20 Dekabr 2023 06:52

"Mançester Yunayted" 4 futbolçusunu satışa çıxarıb. 

Milli.az "Mail Sport"a istinadən xəbər verir ki, bunlar yarımmüdafiəçi Kasemiro, müdafiəçi Rafael Varan, cinah yarımmüdafiəçisi Ceydon Sanço və hücumçu Antoni Marsyladır. Klub onların satışından ümumilikdə 230 milyon funt-sterlinq (təqribən 267 milyon avro) qazanmağı planlaşdırır. 

Bildirilib ki, klub direktoru Con Murtauq bu ayın əvvəlində Səudiyyə Ərəbistanında olub və yanvar transferləri üçün vəsait toplamaq üçün bu futbolçuları satmağa çalışıb. Murtauq hələ keçidlərlə bağlı razılığa gəlməyib, lakin bir neçə mühüm əlaqə qurub və yeni danışıqlar aparmağı planlaşdırır. 

Qeyd edək ki, Kasemiro və Sançonun "Mançester Yunayted"lə müqaviləsi, 2026-cı ilin yayında, Varanın 2025-ci ilin yayında, Marsyalın 2024-cü ilin yayında sözləşməsi başa çatır. 

Milli.Az


Etiketlər:  Mançester Yunayted 4 futbolçusunu satışa çıxardı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ