Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qırğızıstan bayrağına dəyişiklik etdi - FOTO

Qırğızıstan bayrağına dəyişiklik etdi - FOTO

Tarix: 20 Dekabr 2023 10:16

Qırğızıstan parlamentinin üzvləri Dövlət bayrağı üzərindəki təsvirin qismən dəyişdirilməsi təklifini dəstəkləyib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə TASS məlumat verib.

Dövlət bayrağının təsvirinin dəyişdirilməsinin lehinə 59, əleyhinə isə 5 deputat səs verib. Daha əvvəl qanun layihəsi Qırğızıstan parlamentinin müvafiq komitəsi tərəfindən dəstəklənib. İndi bayrağın dalğalı şüaları əvəzinə düz şüaları var. Bu təşəbbüsü ölkə Prezidenti Sadır Japarov irəli sürüb.

"Bəlkə bayrağımızın görünüşünə yenidən baxmağın vaxtı çatıb. Bu təcrübə dünyanın bir çox ölkələrində var", - deyə Prezident respublika müşavirəsində bildirib. O əlavə edib ki, "əvvəllər cəmiyyətdə respublikanın bayrağının günəbaxan kimi görünməsi ilə bağlı fikir var idi. Hətta bəzən gələn xarici qonaqlar belə deyirdilər ki, bu halda respublikada yəqin ki, çoxlu günəbaxan yetişir".

Qeyd edək ki, bu ilin payızında Qırğızıstan Dövlət bayrağının təsvirinin dəyişdirilməsi təşəbbüsü ilə bu ölkənin parlamentinin sədri Nurlanbek Şakiyev çıxış edib.

Dekabrın ortalarında isə Qırğızıstan Prezidenti Sadır Japarov bildirmişdi ki, spikerə bayrağın dəyişdirilməsini məhz onun özü təklif edib.

Milli.Az


Etiketlər:  Qırğızıstan bayrağına dəyişiklik etdi FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ