Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2023 10:55
Xəbər verdiyimiz kimi, Türkiyədə "GQ" "İlin adamı" gecəsi keçirilib.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, gecəyə həyat yoldaşı Burak Özçivitlə qatılan aktrisa Fahriyə Evcən görünüşü ilə diqqət çəkib. O, tədbirdən olan görüntülərini sosial media hesabında paylaşıb.
İzləyicilər aktrisanın üzündəki dəyişiklikləri bəyənməyiblər. Onun ünvanına "Qəribəlik var, amma anlamadım", "Fahriyə deyil ki", "Estetik etdirməkdən başqa biri olub", " Yaprak dökümü"ndəki halından əsər-əlamət qalmayıb", "Fikrimcə Fahriyə kompleksləri olan biridir, ona görə də özünü dəyişir", "Çox soyuqdur, dondum", "O deyil, ola bilməz, Fahriyəyə bənzəmir" kimi bir çox şərh yazılıb.