Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2023 14:15
Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb. O bildirib ki, ötən gün müayinə üçün Milli Onkologiya Mərkəzinə yollanıb:
"Səhhətimdə ciddi problem yaranmışdı. Bu məni çox ciddi narahat etdi. Milli Onkologiya Mərkəzinə üz tutdum. Onlar mənə çox yaxşı xəbər verdilər. Dedilər ki, səhhətində heç bir problem yoxdur. Məndə ciddi bir xəstəliyin olmadığını söylədilər. Bu müjdəni verdikləri üçün həkimlərə sonsuz təşəkkürümü bildirirəm".