Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

PSJ-nin sabiq futbolçusu bıçaqlandı

PSJ-nin sabiq futbolçusu bıçaqlandı

Tarix: 20 Dekabr 2023 22:14

PSJ-nin və Argentina millisinin sabiq hücumçusu Ezequiel Laveszi qohumları ilə münaqişə zəminində bıçaqlanıb. 

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə Argentina mətbuatı məlumat yayıb.

Onun qarın nahiyəsindən yara və körpücük sümüyünün sınması ilə xəstəxanaya yerləşdirildiyi vurğulanıb.

Eyni zamanda, keçmiş futbolçunun ailəsi ailə münaqişəsi ilə bağlı məlumatı təkzib edir. Lavessinin yaxınları iddia edirlər ki, argentinalı lampanı dəyişmək istəyən zaman pilləkənlərdən yıxılıb.

Polis hadisənin narkotiklə əlaqəli ola biləcəyi üçün istintaqa başlayıb. Eyni zamanda, hüquq-mühafizə orqanları hadisənin təfərrüatlarını şərh etmirlər. Onlar yalnız Lavezsinin körpücük sümüyünün zədələnməsi barədə məlumat veriblər.

Milli.Az


Etiketlər:  PSJ nin sabiq futbolçusu bıçaqlandı


RƏYLƏR