Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Dekabr 2023 22:20
Koronavirusun Omikron ştammının alt variantı sürətlə yayılır.
Sonxeber.net qafqazinfo.az-a xəbər verir ki, bu haqda Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) artan statistika barədə məlumat yayıb.
"JN.1" adlı virus dünyanın bir çox ölkəsində, o cümlədən Hindistan, Çin və ABŞ-də aşkarlanıb.
ÜST sözügedən virusun hazırda ictimaiyyət üçün az riskli olduğunu qeyd edib. Lakin Covid-19 və digər infeksiyaların bu qış arta biləcəyi barədə də xəbərdarlıq edib.
"Qrip, respirator viruslar və uşaqlıq pnevmaniyası kimi viruslar da şimal yarımkürəsində artmaqdadır",- deyə məlumatda qeyd olunub.