Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Anar müəllim açıq-saçıq geyinən qızların hamısına baxır!” -

Anar müəllim açıq-saçıq geyinən qızların hamısına baxır!” -

Tarix: 20 Dekabr 2023 22:55

"Mən başa düşə bilmirəm ki, Anar müəllimin, məgər, işi-gücü yoxdur ki, insanların geyimini müzakirə edir?! Mənim onun qardaşına - Baba Vəziroğluna böyük hörmətim var. Çünki o, çox sanballı bir şəxsiyyətdir. Anar müəllimə gəldikdə isə, nə bilim, Anar müəllimdir də..."

Sonxeber.net bildirir ki, bu sözləri yenisabah.az-a açıqlamasında tanınmış müğənni Günel Ələkbərova (Pişik Günel) deyib.

O, sosial proqramlarda müğənnilərin geyimlərinin müzakirə olunması məsələsinə toxunub.

Xatırladaq ki, tanınmış jurnalist Anar Vəziroğlu ilə müğənni Xuraman Şuşalı arasında "Elgizlə izlə" proqramında yaranmış mübahisə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilmişdi. Belə ki, A. Vəziroğlu çarşaba keçməsinə baxmayaraq, X. Şuşalını nə vaxtsa açıq-saçıq geyinəcəyi ilə bağlı ittiham edib.

"Pişik Günel" isə söyləyib ki, onsuz da müğənnilərin "daşı" ağır olur:

"Şəhərə çıxanda görürsən ki, hamı lüt gəzir. Mən şəxsən toya gedəndə özüm insanlara baxıram, görürəm ki, gəlinin, yaxud bəyin bacısı transparan geyinir. Əgər onların bədənləri buna yol verirsə, geyinə bilərlər. Hərə özünə cavabdehdir. Guya Anar müəllim açıq-saçıq geyinən qızlara baxmır?! 100% deyə bilərəm ki, hamısına baxır!"

"Çərçivə içində, müəyyən əzaları qorumaq şərti ilə niyə də açıq-saçıq geyinməsinlər? Əslində, Anar müəllimin Xuraman Şuşalıya bu sualı verməsinin yeri yox idi. Kim əvvəl nə geyinib-geyinməyib, bu, şəxsi həyata aiddir və düzgün bir şey deyil. Məsələn, sənin əvvəllər açıq-saçıq şəkillərin var idi, indi isə yox və s. Nə olsun?! O qədər səhnəyə gələnlər var ki, bağlı geyiniblər, sonra da birdən soyunublar. Burada nə var ki?!", - deyə o, əlavə edib.

Müğənni etiraz edib ki, hər zaman nə olursa, müğənnidən görürlər:

"Baxmayaraq ki, insanların bizsiz məclisləri olmur. Hətta nəinki məclis, elə sosial verilişlər də bizsiz olmaz. Hansısa sosial verilişə müğənniləri çağırmasalar, o veriliş baxımlı olmayacaq. Artıq sosial verilişlərə də müğənniləri dəvət edirlər. Sonra da bəzən yersiz yerə həmin müğənniləri yıxıb-sürüyürlər. Amma olmaz. Çoxları deyir ki, müğənni belə-elə, amma verilişə onları dəvət edirlər. Danışanda da müğənnilərə iradlarını bildirirlər. Məgər açıq-saçıq geyinən aparıcılar yoxdur?! Kimin bədəni nəyi tələb edirsə, onu da geyinir. Mən də əməliyyat olunmuşam, bundan sonra açıq-saçıq geyinəcəyəm, heç kim də mənə heç nə deyə bilməz", - o, fikirlərini yekunlaşdırıb.


Etiketlər:  Anar müəllim açıq saçıq geyinən qızların hamısına baxır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ