Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Namiq Qaraçuxurlu: "Aygün Kazımova ilə duet fikirləşirik" - VİDEO

Namiq Qaraçuxurlu:

Tarix: 21 Dekabr 2023 19:00

Meyxanaçı Namiq Qaraçuxurlu Xalq artisti Aygün Kazımova ilə yeni duet barədə düşündüklərini açıqlayıb.

Milli.Az baku.ws-ə istinadən xəbər verir ki, o, bu barədə qonaq olduğu "Həmin Zaur" proqramında bildirib.

Qaraçuxurlu qeyd edib ki, duet üçün ifa edəcəkləri yeni mahnı tutarlı olmamalıdır:

"Fikrimiz var. Bu barədə danışırıq. Mövzunu harada başlayaq necə bitirək... Biz bu yeni mahnını neçə ildən sonra ifa edəcəyik. O səbəblə də gərək adi  mahnı olmasın, tutarlı mahnı olsun ki, o illərə də kölgə salmasın. Yəqin ki bu da tezliklə baş tutacaq".

Xatırladaq ki, Aygün və Namiq uzun illər duet ortağı olublar. Bir çox sevilən duetlərə imza atan məşhur ikili daha sonra bu iş birliyini qalmaqallı şəkildə sonlandırıb. 

Ətraflı videoda:

Milli.Az


Etiketlər:  Namiq Qaraçuxurlu Aygün Kazımova ilə duet fikirləşirik VİDEO


RƏYLƏR