Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Dekabr 2023 21:46
Rusiya səfiri Oleq Malqinov "Ədalətli Rusiya - Vətənpərvərlər - Həqiqət naminə" siyasi partiyasının həmsədri, yazıçı Zaxar Prilepinin açıqlamalarına görə Özbəkistan Xarici İşlər Nazirliyinə çağırılıb.
Publika.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.
"21 dekabr 2023-cü il tarixində Rusiya Federasiyasının fövqəladə və səlahiyyətli səfiri Oleq Malqinov Özbəkistan Respublikasının Xarici İşlər Nazirliyinə dəvət olunub", - bu barədə XİN-in saytında məlumat verilib.
XİN-in məlumatına görə, Prilepin keçmiş SSRİ ərazilərinin Rusiya ərazisinə birləşdirilməli olduğunu deyib və buna misal olaraq Özbəkistanı göstərib.
"Bildirilir ki, Rusiya Federasiyası kimi dost ölkənin partiya rəhbərlərinin bu cür tələsik bəyanatları, təəssüf ki, Özbəkistan Respublikası ilə Rusiya Federasiyası arasında hərtərəfli strateji tərəfdaşlıq və müttəfiqlik ruhuna uyğun gəlmir", - məlumatda deyilir.
Nazirlikdən həmçinin bildirilib ki, yazıçının sözləri dərin narahatlıq hissi ilə qarşılanıb.
Malqinov öz növbəsində vurğulayıb ki, ölkəsində Özbəkistan Respublikasının suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü heç vaxt şübhə altına alınmayıb.